Ölkəmizdə son sutkada vaksin vurduranların sayı açıqlandı 

17:50 26.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 34615 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26149  nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 8466  nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2055986 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1184780 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 871206  nəfərdir.